SİYASƏT


Vyanada insan alveri ilə mübarizə üsulları araşdırılacaq

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan və Avstriya arasında məişət zorakılığının qarşısının alınması sahəsində təcrübə mübadiləsi aparılması məqsədilə Vyanada təşkil ediləcək seminarda insan alverinə qarşı mübarizə üsulları, bu sahədə xüsusi mexanizmlərin yaradılması məsələləri müzakirə ediləcək. Həmçinin məişət zorakılığının qarşısının alınması və qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasına dəstək” layihəsi çərçivəsində keçiriləcək.

Deputat Sahibə Qafarova seminarda iştirak etmək üçün noyabrın 2-dən 8-dək Vyanada səfərdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.