DÜNYA


Vyanada peyvənd mərkəzi açılacaq

Vyana, 21 iyul, AZƏRTAC

Koronavirusa qarşı peyvənd olunanların sayını artırmaq üçün Avstriya hökuməti əhaliyə qeydiyyatsız vaksinasiya imkanı yaratmaqla yanaşı peyvənd mərkəzlərinin sayını artırır.

AZƏRTAC xəbər verir ki, avqustun əvvəlindən etibarən paytaxt Vyananın mərkəzi kilsəsi olan Müqəddəs Ştefan Katedralında peyvənd mərkəzi fəaliyyətə başlayacaq. Vyana Baş Yepiskopluğundan bildirilib ki, saatda 20 nəfərin peyvənd olunacağı mərkəzdə peyvənd üçün əvvəlcədən qeydiyyatdan keçməyə gərək olmayacaq, eyni zamanda kilsənin daxilində vaksinasiyadan sonra qısamüddətli dincəlmək üçün şərait də yaradılacaq.

Vyana Şəhər Səhiyyə İdarəsindən bildirilib ki, şəhərdə əhalinin ən sıx hərəkət etdiyi məkanda yerləşən katedralın vaksinasiya mərkəzi üçün seçilməsi təsadüfi xarakter daşımır, bu yolla daha çox insanın peyvənd olunacağına ümid edilir. Bildirilib ki, Səhiyyə İdarəsinin müraciətinə Baş yepiskop kardinal Xristof Şönborn tərəfindən dərhal müsbət reaksiya verilib.

Qeyd edilməlidir ki, yay mövsümü başlayandan əhalinin peyvənd mərkəzlərinə axını azalıb. Vyana Film Festivalı və Alte Donau ərazisindəki “peyvənd kateri”ndə əvvəlcədən qeydiyyat tələb olunmayan peyvəndlənənlərin sayı isə artıb. Bu marağı nəzərə alaraq, Vyana şəhər rəhbərliyi əhalinin sıx hərəkət etdiyi məkanlarda vaksinasiya proqramını həyata keçirməyə çalışır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.