DÜNYA
Vyanada yaşayış binasında baş vermiş partlayış nəticəsində 14 nəfər yaralanıb
Vyana, 27 iyun, AZƏRTAC
İyunun 26-da Vyana şəhərinin mərkəzi rayonlarından birində yaşayış binasında güclü partlayış baş verib və nəticədə 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, qaz sızması nəticəsində şəhərin 4-cü rayonundakı beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Partlayışın təkanı və ətrafa uçan daş qəlpələri yaxınlıqdakı binaların şüşələrini sındırıb, həmin küçədəki avtomobillər yararsız hala düşüb.
Əraziyə cəlb edilən xilasedicilər binanın dağıntıları altında qalması ehtimal olunan şəxslərin axtarışını davam etdirirlər. 22 mənzildən ibarət yaşayış binasının çökmə təhlükəsi axtarış işlərini çətinləşdirir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]