DÜNYA


Vyetnam 2030-cu ilədək 2,3 min kilometrlik yeni dəmir yolu xətti çəkəcək

 

Bakı, 21 oktyabr, AZƏRTAC

Vyetnam 2030-cu ilə qədər ümumi uzunluğu 2,3 min kilometr olacaq doqquz yeni dəmir yolu xətti çəkməyi və bütün mövcud marşrutları modernizə etməyi planlaşdırır.

AZƏRTAC Vyetnam informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat 2021-2030-cu illər üçün dəmir yolu nəqliyyatı sisteminin inkişaf strategiyasında yer alıb. Bu plana görə, ən miqyaslı layihə ölkənin paytaxtı ilə ən böyük iqtisadi mərkəzi – cənubda yerləşən Hoşimin meqapolisini birləşdirəcək 1455 kilometr uzunluğunda yüksəksürətli marşrut olacaq.

Strategiyaya uyğun olaraq, mövcud dəmir yolu xətləri tamamilə yenilənəcək və beynəlxalq nəqliyyat marşrutları ilə birləşdiriləcək, həmçinin 2440 kilometrlik yeddi mövcud marşrut modernizə ediləcək.

Vyetnamın dəmir yolu sahəsinin inkişafı üzrə baş planın həyata keçirilməsi 240 trilyon donq (10 milyard dollar) həcmində qiymətləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.