DÜNYA


Vyetnam 20 aylıq fasilədən sonra ilk xarici turistləri qəbul edib

Pekin, 18 noyabr, AZƏRTAC

Vyetnam COVID-19 pandemiyasının yaratdığı vəziyyət səbəbindən 20 aylıq fasilədən sonra ilk xarici turistləri qəbul edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ABŞ, Avstraliya, Fransa və Cənubi Koreyadan olan 29 turistin ölkənin mərkəzindəki Quanqnam vilayətinə səfəri başlayıb. Hökumətin turizm sektorunun fəaliyyətinin bərpası üçün başlatdığı pilot layihəyə uyğun olaraq, tam peyvənd olunan əcnəbilərin məcburi karantin dövrünü keçmədən ölkəyə daxil olmalarına icazə verilib. Quanqnam vilayəti layihə çərçivəsində qarşıdakı günlərdə əlavə 300 xarici turist qəbul etməyi planlaşdırıb. Turizm məkanlarında çalışanların hamısı COVID-19 virusu əleyhinə tam peyvənd olunub.

Vyetnam hökuməti ilkin mərhələdə Quanqnam vilayəti də daxil olmaqla 5 bölgənin vaksin olunmuş xarici turistləri qəbul etməsinə icazə verib.

Qeyd edək ki, Vyetnam pandemiya səbəbindən ötən ilin martından sərhədlərini kiçik istisnalar olmaqla əcnəbilər üçün bağlamış, beynəlxalq uçuşları dayandırmışdı. Yalnız xaricdəki vyetnamlılar və əcnəbi ekspertlər məcburi karantin dövrünü keçdikdən sonra ölkəyə daxil ola bilərdilər. Ötən il Vyetnama xaricdən cəmi 3,8 milyon nəfər səfər edib ki, bu da əvvəlki illə müqayisədə 78,7 faiz azdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.