DÜNYA


Vyetnam 5 aydan sonra beynəlxalq aviareysləri bərpa edib

Pekin, 19 sentyabr, AZƏRTAC

Vyetnam COVID-19 pandemiyası səbəbindən martın sonunda dayandırdığı beynəlxalq müntəzəm uçuşları bərpa edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 19-da səhər saatlarında “Vyetnam Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi paytaxt Hanoydakı beynəlxalq hava limanından qalxaraq Tokio istiqamətində yola düşüb. İlk müntəzəm uçuşun sərnişinlərinin əsas hissəsi vyetnamlı tələbələr və Yaponiya şirkətlərində çalışanlardır. Epidemiya qaydalarına uyğun olaraq bütün sərnişinlər uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

Vyetnam ilkin mərhələdə Yaponiya ilə yanaşı, Kamboca, Laos, Koreya Respublikası və Çinlə beynəlxalq aviareysləri bərpa edəcək.

Baş Nazir Nquyen Suan Fuk Nəqliyyat Nazirliyinə ciddi nəzarət tədbirləri çərçivəsində beynəlxalq uçuşların sayının artırılması barədə tapşırıq verib. Xaricdən ölkəyə virus axınının qarşısını almaq üçün xüsusi sərhəd karantin tədbirləri təsdiq olunub. Xaricdən gələnlərin 14 günlük məcburi izolyasiyası üçün Hanoyda 14 mehmanxana ayrılıb.

Qeyd edək ki, Vyetnam hökuməti dünyada hökm sürən COVID-19 pandemiyası səbəbindən martın sonlarında beynəlxalq sərnişin daşımalarını dayandırıb. Ölkədə indiyədək COVID-19 infeksiyasına 1068 yoluxma qeydə alınıb. Vyetnamda 99 günlük aradan sonra ölkədaxili ötürülmə yolu ilə ilk yoluxma iyulun sonunda qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.