İQTİSADİYYAT


Vyetnam Dövlət Bankı Azərbaycan Mərkəzi Bankının təcrübəsinə maraq göstərir

Bakı, 30 sentyabr (AZƏRTAC). Mərkəzi Bankın pul siyasəti departamentində makroiqtisadi proqnozlaşdırma sahəsində Azərbaycanın təcrübəsinə maraq göstərən Vyetnam Dövlət Bankının dörd nəfərdən ibarət nümayəndə heyəti üçün təcrübə mübadiləsi təşkil olunmuşdur.

Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Mərkəzi Bankında istifadə olunan maliyyə proqramlaşması sisteminin xarakteristikası, iş prinsipləri, istifadə edilən proqnozlaşdırma metodları haqqında nümayəndə heyətinə ətraflı məlumatlar çatdırılmışdır.

Eyni zamanda, proqnozların işlənməsi zamanı ölkə iqtisadiyyatının xüsusiyyətlərinin nəzərə alınması, iqtisadiyyatın sektorları arasındakı əlaqələr, simulyasiya ssenarilərinin seçilməsi meyarları, pul siyasəti istiqamətlərinin hazırlanmasında proqnozlardan istifadə və digər məsələlər üzrə Azərbaycan Mərkəzi Bankının təcrübəsi qonaqlarla bölüşdürülmüşdür.

Nümayəndə heyəti Azərbaycan təcrübəsinin faydalı olduğunu vurğulamış, təcrübə mübadiləsini gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirmişlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankında maliyyə proqramlaşması bazasında makroiqtisadi proqnozlaşdırma sistemi 2005-ci ildən etibarən tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.