Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və Yeni Azərbaycan Partiyasına təbriklərimi qəbul edin. Ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da firavanlaşacaq, regional və qlobal sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcək. Vyetnam Kommunist Partiyası və hökuməti Azərbaycan Respublikası ilə ənənəvi dostluq münasibətlərini və müxtəlif sahələrdə əlaqələri genişləndirərək Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi Sizinlə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Nquyen Phu Tronq

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin