DÜNYA


Vyetnam gömrükçüləri 7,5 ton fil dişi və panqolin pulcuğu müsadirə ediblər

Bakı, 14 iyun, AZƏRTAC

Vyetnamın gömrük əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 3,5 ton fil dişi və 4 ton panqolin pulcuğunu müsadirə ediblər.

AZƏRTAC Vyetnam Xəbər Agentliyinə istinadla xəbər verir ki, gömrük işçiləri Hay Ponq limanında konteynerlərə baxış keçirərkən polad çəlləklərdə fili dişi və panqolin pulcuğunu aşkarlayıblar. Məsələ ilə əlaqədar cinayət işi başlanılıb.

Vyetnam qanunlarına əsasən, fil dişi və panqolin pulcuğu da daxil olmaqla, nəsli kəsilməkdə olan heyvanların qiymətli orqanlarının qanunsuz ticarətini edənləri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, dünyanın ən çox satılan məməliləri olan panqolinlərin nəslinin tükənməsi təhlükəsi var. Afrika və Asiya qitələrində 8 növü yaşayan bu heyvanlar dünyada yeganə pulcuqlu məməlilərdir.

Dünya Vəhşi Təbiət Fondunun hesabatına əsasən, planetimizdə ildə 20 min Afrika fili qazanc məqsədilə öldürülür ki, bu da nəticədə həmin heyvan növünün tamamilə yox olmasına gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.