SİYASƏT


Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır

Pekin, 19 yanvar, AZƏRTAC

Vyetnamın dövlətə məxsus nüfuzlu "Voice of Vietnam" teleradio şirkətinin saytında Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfəri barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin Füzuli beynəlxalq hava limanının və Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, həmin infrastruktur layihələrinin həyata keçirilməsi Qarabağa, o cümlədən Şuşaya xarici turistlərin cəlb olunmasına şərait yaradacaq. Həmçinin məqalədə Füzuli hava limanının qısa zamanda beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcəyi vurğulanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.