DÜNYA


Vyetnama məxsus balıqçı gəmisi batan Çin qayığının bütün ekipajını xilas edib

Bakı, 11 iyul, AZƏRTAC

Vyetnama məxsus balıqçı gəmisi Cənubi-Çin dənizində, Nanşa adası yaxınlığında kəskin hava şəraiti səbəbindən qəzaya uğrayaraq batan Çinə məxsus balıqçı qayığının 32 ekipaj üzvünü xilas edib.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Haynan əyalətinin Syunhay qəzasında qeydiyyata alınan balıqçı qayığı yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 02:00) həyəcan siqnalı verib və bundan sonra onunla əlaqə kəsilib. İnsidentdən dərhal sonra miqyaslı xilasetmə əməliyyatı başlayıb. Əməliyyata hərbçilər, kommersiya gəmiləri və aviasiya da cəlb edilib.

Sonradan məlum olub ki, qayığın ekipaj üzvləri Vyetnama məxsus balıqçı gəmisi tərəfindən xilas edilib. Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Hazırda Çinin “COSCO Shipping” konteyner operatorunun “Yuanyanhu” adlı kommersiya gəmisi xilas edilən dənizçiləri sahilə çıxarmaq üçün qəzanın baş verdiyi rayona gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.