DÜNYA


Vyetnamda 15 mindən çox insan karantinə yerləşdirilib

Bakı, 28 iyul, AZƏRTAC

Son günlər Vyetnamın sahilyanı Dananq şəhərində qeydə alınan koronavirusun yeni yayılma dalğası və aviareyslər vasitəsilə ölkəyə daxil olan bir neçə nəfərdə COVID-19 infeksiyasının aşkarlanması səbəbindən 15 mindən çox insan karantinə yerləşdirilib.

AZƏRTAC Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, son zamanlar koronavirusa yoluxmuş insanlarla təmasda olan və ya yüksək yoluxma riski olan regionlardan ölkəyə gələn 15 min 33 nəfər nəzarət altına alınıb. Onlardan 322 nəfər xəstəxanalarda, 12 min 458 nəfər karantin mərkəzlərində, 2 min 253 nəfər isə ev şəraitində karantindədir.

İyulun 28-i saat 06:00-a qədər Vyetnamda koronavirusa yeni yoluxma halı qeydə alınmamışdı. Vyetnam hökumətinə məxsus internet-portalın məlumatına görə, Dananq və yaxın əyalətlərdə 15 nəfərin yoluxması ilə nəticələnən COVID-19 infeksiyasının yayılmasına indiyədək ölkədə rast gəlinməyən yeni tip virus səbəb olub. Vyetnamın hakimiyyət orqanları digər əyalətlərdən Dananq şəhərinə gələn 80 minə yaxın turistin təxliyəsinə başlayıb. Hökumətin göstərişinə əsasən, iyulun axırı–avqust ayının əvvəlində bu şəhərdə dincəlməyə hazırlaşan turistlər digər kurort zonalarına göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.