DÜNYA


Vyetnamda 76 il əvvəl atılmış bomba zərərsizləşdirilib

Bakı, 18 aprel, AZƏRTAC

Ötən əsrin ortalarında Hindçin müharibəsi zamanı atılaraq partlamayan və çəkisi 300 kiloqram olan bomba Vyetnamın şimalında zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Zan Chi" qəzeti məlumat yayıb.

Mərmi Vyetnamın şimalındakı Son La əyalətindəki körpünün təmiri zamanı aşkar olunub.

Mütəxəssislər mərminin 1946-1954-cü illərdə davam edən müharibə zamanı Fransa təyyarələri tərəfindən atılan hava bombası olduğunu müəyyən ediblər. Hadisə yerinə gələn Vyetnam Xalq Ordusunun istehkamçı hissəsinin hərbi qulluqçuları mərmini tikinti sahəsindən çıxararaq zərərsizləşdiriblər.

Qeyd edək ki, Vyetnam ərazisinin təxminən 20 faizində partlamamış hərbi sursatlar hələ də qalmaqdadır və onları tam təmizləmək üçün azı üç əsr vaxt lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.