DÜNYA
Vyetnamda daşqınlar azı 14 nəfərin həyatına son qoyub
Bakı, 13 dekabr, AZƏRTAC
Vyetnamın mərkəzi hissəsində güclü yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində azı 14 nəfər həlak olub, itkin düşənlər var.
AZƏRTAC “VnExpress” qəzetinə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox zərər çəkən Bindin əyalətində 6 nəfər daşqınların qurbanı olub. Kuanqnam, Kuanqçi və Thıathön-Hyue əyalətlərində isə bir neçə nəfər həyatını itirib. Hakimiyyət orqanları regionda on minlərlə evin su altında qaldığını bildirib.
Ölkənin statistika idarəsinin məlumatına əsasən, Vyetnamda bu ilin 11 ayı ərzində təbii fəlakətlər nəticəsində 189 nəfər həlak olub və ya itkin düşüb, 140 nəfər isə xəsarət alıb. Təbii fəlakətlər ölkəyə 9 trilyon Vyetnam donqu (386 milyon dollar) həcmində zərər vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]
Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib
- 18.04.2024 [16:54]
Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]