DÜNYA


Vyetnamda daşqınlar nəticəsində 20 nəfər ölüb

Bakı, 22 iyul, AZƏRTAC

Vyetnamda “Son-Tin” tufanı ilə əlaqədar yaranmış daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb, 14 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb.

AZƏRTAC Vyetnamın yerli mətbuatına istinadla xəbər verir ki, tufan ölkənin Yenbay vilayətinə daha çox ziyan vurub, orada 600 ev dağılıb, 10 nəfər həlak olub. Təbii fəlakətlə əlaqədar vilayətə kömək üçün 6,5 min hərbi qulluqçu cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.