ELM VƏ TƏHSİL


Vyetnamda təhsil imkanı

Bakı, 19 iyun, AZƏRTAC 

Vyetnam Milli Universitetinin Beynəlxalq Frankofoniya İnstitutu 2020-2021-ci tədris ili üzrə Vyetnam Milli Universiteti və Fransanın “University of La Rochelle” ali təhsil müəssisəsi ilə birgə həyata keçirdiyi təqaüd proqramı elan edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, magistratura səviyyəsi üzrə nəzərdə tutulan təqaüd proqramı çərçivəsində təhsil müddəti 2 ildir. Son müraciət tarixi iyulun 15-dir.

Maraqlananlar təqaüd proqramı ilə bağlı ətraflı məlumatla Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.