DÜNYA


Vyetnamda torpaq sürüşməsi: 16 nəfər ölüb, 37 nəfər itkin düşüb

Pekin, 29 oktyabr, AZƏRTAC

Vyetnamda oktyabrın əvvəlindən başlayan şiddətli yağışların səbəb olduğu iki torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 37 nəfər dağıntı altında qalıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hər iki sürüşmə oktyabrın 28-də axşam saatlarında Quanqnam vilayətinin Namtramay rayonunda dağlıq ərazidəki yaşayış məntəqələrində baş verib. Axtarış işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər, yerli səlahiyyətli qurumların əməkdaşları da qoşulublar.

Baş Nazirin müavini Trinh Dinh Dunq hadisə yerinə gələrək, axtarış işlərinin sürətlə aparılması barədə təlimat verib.

Qeyd edək ki, oktyabrın əvvəlindən Vyetnamda müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 150-yə çatıb. Daşqın, torpaq sürüşməsi, palçıq axını nəticəsində onlarla sakin isə itkin düşüb. BMT Baş katibi Antonio Quterreş daşqın və torpaq sürüşmələri nəticəsində yaşanan faciələrlə əlaqədar Vyetnam xalqına dəstək mesajı göndərib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.