Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Vyetnamın Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mühazirə oxunub

Bakı, 9 aprel, AZƏRTAC

Vyetnamın Xo Şi Min şəhərindəki Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar mühazirə təşkil edilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, universitetin professor və müəllim heyətinin, tələbələrin iştirak etdikləri mühazirədə səfir Anar İmanov AXC-nin yaradılması, tarixi, xalqımızın dövlətçilik ənənələrinin bərpasında rolu barədə danışıb. O, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.

Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində gördüyü işlərdən danışan səfir AXC-nin bir çox Avropa ölkəsindən öncə qadınlara seçki hüququnu tanıdığını bildirib.

Səfir A.İmanov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin məntiqi yekunu idi. AXC-nin öz dövlət atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar haqqında tədbir iştirakçılarına məlumat verən diplomat bildirib ki, cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub.

Səfir A.İmanov Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan tarixinə əlamətdar hadisə kimi əbədi daxil olduğunu xüsusi vurğulayaraq deyib ki, xalqımız tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradaraq AXC-nin ideallarını davam etdirir.

Diplomat müasir Azərbaycan dövlətinin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyat yolu və fəaliyyəti barədə də ətraflı məlumat verib.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas təhdidlərdən birinin erməni terrorçuluğu və separatçılığı olduğunu bildirən A.İmanov ötən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdikləri etnik təmizləmə barədə danışaraq, həmin təhdidlərin müasir dövrdə də mövcud olduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, bununla onların bütün fundamental insan hüquq və azadlıqları pozulub. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mötəbər təşkilatların qəbul etdiyi mühüm qərar və qətnamələrin tələblərini yerinə yetirmir.

Mühazirə zamanı Azərbaycan-Vyetnam əlaqələrindən danışan səfir ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri əsasında müasir dövrdə ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Əlaqələrimizin yüksək səviyyədə olmasının bariz təzahürü olan dövlət başçılarının qarşılıqlı səfərləri həm də ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirməklə, münasibətlərimizin tarixində yeni səhifə açıb.

Səfir təhsil sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, Sovet İttifaqı dövründə minlərlə vyetnamlının Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu söyləyib.

Mühazirə zamanı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı foto və videomateriallar nümayiş etdirilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 13 min tələbəsi olan Honq Banq Beynəlxalq Universiteti Vyetnamda beynəlxalq münasibətlər sahəsində mütəxəssislər hazırlayan əsas təhsil ocaqlarından biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib