ELM VƏ TƏHSİL


Vyetnamlı məzunlar yenidən doğma təhsil ocağında

Bakı, 12 dekabr, AZƏRTAC 

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr edilən tələbələrin 67-ci elmi-texniki konfransı çərçivəsində ölkəmizdə olan Vyetnamın “Vietsovpetro” şirkətinin neft-qaz üzrə direktoru Le Viyet Zunq və şirkətin texniki istehsalat şöbəsinin rəisi Le Danq Tam ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı keçmiş Azİİ-nin (indiki ADNSU) məzunları olan qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib və yeni layihələrdən danışıb. Vyetnamla tələbə mübadiləsi sahəsində yeniliklərin olduğunu qeyd edən rektor hazırda universitetdə iki nəfər vyetnamlı gəncin təhsil aldığını söyləyib.

Uzun illərdən sonra yenidən doğma təhsil ocağında olmaqdan qürur hissi keçirdiklərini deyən qonaqlar universitetdə aparılan islahatları və müasir təhsil standartlarını bəyəndiklərini vurğulayıblar.

Hazırda vyetnamlı gənclərin ADNSU-ya maraq göstərdiklərini bildirən qonaqlar onların universitetə cəlb olunmasına kömək edəcəklərini deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.