REGİONLAR


Vyetnamlı qonaqlar Qəbələdən xoş təəssüratla ayrılıblar

Qəbələ, 18 may, Mustafa Dadaşov, AZƏRTAC

Vyetnam Sosialist Respublikasının Quanq Nam əyaləti Xalq Komitəsinin Mədəniyyət, İdman və Turizm İdarəsinin rəisi Nquyen Thanh Honqın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Heydər Əliyev Konqres Mərkəzində rayon rəhbərliyi ilə görüşüblər. Vyetnamlı qonaqlara Qəbələnin tarixi, mədəniyyəti, turizm potensialı, sosial-iqtisadi sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ Azərbaycanın tarixinin ən parlaq səhifələrini təşkil edir. Cəlbedici turizm diyarı olan Qəbələ, həm də beynəlxalq mədəniyyət mərkəzi kimi ölkənin ictimai həyatında mühüm rol oynayır. Hər il bu şəhərdə bir sıra beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir, idman yarışları, sərgilər təşkil olunur.

Vyetnam nümayəndə heyətinin başçısı Nquyen Thanh Honq Qəbələnin füsunkar təbiətinin onlarda xoş təəssürat yaratdığını vurğulayıb. Vyetnamlı qonaq Qəbələ ilə Quanq Nam əyaləti arasında bir çox sahələrdə əməkdaşlığın yaranacağına əminliyini bildirib.

Görüşdə Vyetnamın iqtisadiyyatını və mədəni həyatını əks etdirən videoçarx nümayiş etdirilib.

Səfər çərçivəsində vyetnamlı qonaqlar “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, stend atıcılığı kompleksi, “Gilan” Qida Şəhərciyi və Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Nquyen Thanh Honqın başçılıq etdiyi nümayəndə heyəti Qəbələdən xoş təssüratlarla ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.