İDMAN


WADA astma preparatlarının idmançılara təsirini öyrənir

Bakı, 13 sentyabr, AZƏRTAC

Almaniyanın Ulm Universiteti Dünya Antidopinq Agentliyinin (WADA) sifarişi ilə astma preparatlarının idmançılara təsirini öyrənir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyada çıxan “Sportschau” qəzeti yazıb. Yazıda deyilir ki, tədqiqata 300 min avro vəsait ayrılıb, 24 könüllü idmançı cəlb olunub. İdmançıların hamısı Ulm Universitetinin alimlərinin və onların Köln və Berlindən olan həmkarlarının müşahidəsi altındadır. Alimlər ağciyər testlərinin, qan və sidik analizlərinin nəticələrini, əzələ toxuması nümunələrini yoxlayırlar. Könüllülər nəticələrinin həqiqətən yaxşılaşdığını bildiriblər.

2018-ci ilin fevralında Norveç yığması Pxençxan Olimpiya Oyunlarına 6000 dozadan çox astma dərmanı gətirib. İdmançılar WADA-nın icazəsi ilə bu preparatlardan istifadə ediblər. Bəzi idmançılar və federasiya rəhbərləri WADA-nın terapevtik istisnalardan istifadə etməsi əleyhinədirlər. Məsələn, Rusiya Xizək Yürüşləri Federasiyasının başçısı Yelena Vyalba bu sistemi leqallaşdırılmış dopinq adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.