MƏDƏNİYYƏT


“WGA” müsabiqəsinə qatılan namizədlərin adları açıqlanıb

Bakı, 29 yanvar, AZƏRTAC

Amerika Yazıçılar Gildiyası “Bədii və sənədli filmlər mükafatları” bölməsində müsabiqəyə qatılan namizədlərin adlarını açıqlayıb.

AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, “Ən yaxşı orijinal ssenari” kateqoriyasına “Fransanın mesajı - Liberti, Kanzas Axşam Günəşi” (Ves Anderson), “Kral Riçard” (Zak Beylin), “Yuxarı baxmayın” (Adam MakKey), “Rikardo olmaq” (Aaron Sorkin) və “Biyan pizzası” (Pol Tomas Anderson) filmləri daxil edilib.

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” kateqoriyasında isə namizədlər “Vest sayd əhvalatı” (Toni Kuşner), “Dəhşət küçəsi” (Giyermo Del Toro və Kim Morqan), “Qum təpələri” (Con Speyts, Deni Vilnyov və Erik Rot), “CODA: Kar valideynlərin uşağı” (Sian Heder) ) və “Tik-tak, bum!” (Stiven Levinson) ekran əsərləridir.

“CODA: Kar valideynlərin uşağı” filminin ssenari müəllifi və rejissoru Sian Heder və “Dəhşət küçəsi” ekran əsərinin müəllifi Kim Morqan namizədlər arasında yeganə qadınlardır. Meqqi Cillenhol (“İtirilmiş qız uşağı”), Ceyn Kempion (“Köpəyin hökmranlığı”) və Rebekka Holl (“Ötüb keçənlər”) bu dəfə diqqətdən kənarda qalıblar.

Qeyd edək ki, qaliblər martın 20-də 74-cü “WGA” mükafatlarının təqdimetmə mərasimində elan ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.