İDMAN


WTA prezidenti: Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq

Bakı, 6 iyun, AZƏRTAC

Qadın Tennisçilər Assosiasiyasının (WTA) prezidenti Mikki Loyler koronavirusa qarşı peyvənd olmadan tennisçilərin yarışlarda iştiraklarının çətin olacağını bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, M.Loyler qurumun mövsümü bərpa etmək üçün əlindən gələni etdiyini deyib. O, ancaq yarışların dünyanın müxtəlif ölkələrində keçirilməsinin işləri çətinləşdirdiyini vurğulayıb. WTA prezidenti açıq ABŞ çempionatının keçiriləcəyi təqdirdə, regionda digər turnirlərin də təşkil ediləcəyini bildirib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün ATP və WTA turnirləri iyulun 31-dək dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.