DÜNYA


WWF: 50 il ərzində dünyada heyvanların populyasiyası 68 faiz azalıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Dünyada məməlilərin, quşların, sürünənlərin və balıqların populyasiyası 50 il ərzində 68 faiz azalıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) 2020-ci ildə canlı planetin qlobal indeksinin hesablanmasına həsr olunan məruzəsində yer alıb.

“2020-ci ildə canlı planetin qlobal indeksi azalmağa davam edir. 1970-ci ildən 2016-cı ilə qədər məməli, quş, suda-quruda yaşayan, sürünən və balıq populyasiyalarının sayı orta hesabla 68 faiz azalıb”, - deyə məruzədə bildirilir. Məruzəyə əsasən, ən çox itki Şimali və Cənubi Amerikanın tropik subregionlarında qeydə alınıb – 94 faiz.

Qeyd edək ki, canlı planetin qlobal indeksi 4 mindən çox məməli, quş, sürünən və balıq növünün sayı barədə məlumatlara əsaslanır. O, dünya müxtəlifliyinin vəziyyətini əks etdirir, həmçinin onurğalı heyvanların populyasiyaları və onların sayının orta dinamikası barədə toplanan məlumatları analiz edir. Canlı planetin qlobal indeksi 1998-ci ildən başlayaraq hər iki ildən bir formalaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.