CƏMİYYƏT


“WWF Azərbaycan” uşaqların mütaliəyə marağını artırır

Bakı, 6 dekabr, AZƏRTAC

Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi bu il ilk dəfə olaraq “Bakutel” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edib. Sərgi çərçivəsində qurumun informasiya texnologiyaları, təhsil və ekologiya sahələrini bir araya gətirən innovativ məhsulları ziyarətçilərə təqdim olunub.

Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, sərgidə ziyarətçilərin diqqətini cəlb edən qabaqcıl Artırılmış Reallıq (AR) texnologiyası ölkəmizdə yaşayan nadir heyvanları insanlara daha yaxın edir və uşaqların mütaliə və maariflənmə prosesinin maraqlı və əyləncəli olmasını həyata keçirir.

İndi hər kəs mobil telefonunda müxtəlif heyvan növlərini 3D formatında canlandıra bilər. Bunun üçün mobil cihaza “Google Play Market” və “App Store” dan “ARzoom” proqramını yükləmək və “WWF Azərbaycan”ın hazırladığı heyvanlar haqda kitabların üzərində olan xüsusi şəkil-kodu telefonun kamerası ilə skan etmək kifayətdir.

İnformasiya texnologiyaları, təhsil və ekologiya sahələrini bir araya gətirən bu yeni layihə gənc nəsildə, xüsusilə də uşaqlarda mütaliə və maariflənmənin təşviqinə yönəlib. Bu, həmçinin “WWF Azərbaycan”ın ölkəmizin təbiətinə və nadir heyvan növlərinə qayğı və sevginin artırılması məqsədilə həyata keçirdiyi mühüm sosial kampaniyanın bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.