DÜNYA


“WhatsApp” istifadəçiləri dostları ilə olduqları yeri real vaxt rejimində paylaşa biləcəklər VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

“WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. “Live Location” adlanan funksiya servisin hazırkı sahibi – “Facebook” şirkətindən götürülüb.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni funksiyadan yaxın vaxtlarda həm “iOS”, həm də “Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı “Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

“WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.