DÜNYA
“WhatsApp” masaüstü kompüterlər üçün videozəng funksiyasını sınaqdan keçirir
Bakı, 20 oktyabr, AZƏRTAC
"WABetaInfo" insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir. Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.
Həmçinin "WABetaInfo" resursunun məlumatına görə, tərtibatçılar messencerin veb-versiyası üçün qrup halında səsli və videozəng xidməti hazırlayırlar. Daha əvvəl bu funksionallıq messencerin "iOS" və "Android" üçün versiyalarında əlçatan olub. Messencerin tərtibatçıları masaüstü kompüterlər üçün müvafiq funksionallığın çıxarılma tarixini açıqlamayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]