DÜNYA


“WhatsApp” messencerində gecə rejimi istifadəyə veriləcək

Bakı, 3 iyul, AZƏRTAC

Auditoriyası 1,2 milyard istifadəçidən ibarət olan populyar “WhatsApp” messencerində yeni faydalı funksiyalar istifadəyə verilə bilər. Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə “Night Mode” (gecə rejimi) sözlərindən ibarət sorğu meydana çıxıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda “Night Mode” rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Bu funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.

Tərcümə üçün sorğu “iPhone” üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman ki, əvvəlcə “iOS” sistemində, bundan sonra isə “Android” sistemində əlçatan olacaq.

“WhatsApp” messencerində kameranın interfeysi çox sadədir və başqa proqramların interfeysini xatırladır. Filtr dəstəyi yoxdur, amma miqyası böyütmək, işıqlandırmanı aktivləşdirmək üçün düymə və əsas kameradan ön kameraya keçmək üçün çevirici var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.