DÜNYA


“WhatsApp” messencerində istifadəçilərin yazışmaları şifrlənəcək

Bakı, 16 may, AZƏRTAC

“WhatsApp" messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, hazırda “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər “Google Drive” və ya “iCloud” bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrlənməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi “WhatsApp” messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.