ELM VƏ TƏHSİL


“WhatsApp” messencerində pulköçürmə sistemi istifadəyə veriləcək

Bakı, 10 fevral, AZƏRTAC

“WhatsApp” şirkəti eyniadlı messencerdə pulköçürmə sisteminin tətbiq edir.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, “WhatsApp” artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.