DÜNYA


“WhatsApp”dakı yazışmalar “Face ID” və “Touch ID” texnologiyaları ilə qorunacaq

Bakı, 5 fevral, AZƏRTAC

“iOS” sisteminin idarəetməsi altında işləyən cihazlarda “WhatsApp” messencerində şəxsi yazışmaların təhlükəsizliyini biometrik məlumatlarla qorumaq mümkün olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, messencerə giriş üçün “iPhone” smartfonunun modelindən asılı olaraq “Face ID” və ya “Touch ID” texnologiyaları vasitəsilə eyniləşdirmə lazım olacaq. Belə təhlükəsizlik tədbiri smartfon blokdan çıxarıldıqda belə şəxsi məlumatları qorumağa imkan verəcək. Həmçinin istifadəçilərə bildirişlərdə mesajlara önbaxışı gizlətmək tövsiyə edilir, əks halda cihazı blokdan çıxarmadan mesajlara və zənglərə cavab vermək mümkündür. Messencerin 2.19.20 versiyasında məxfilik sazlamaları vasitəsilə girişi məhdudlaşdırmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.