ELM VƏ TƏHSİL


“Wi-Charge” texnologiyası ənənəvi enerjidoldurma qurğularından istifadəni məhdudlaşdıra bilər

Bakı,12 sentyabr, AZƏRTAC

Aktiv istifadə zamanı mobil qurğuları portativ akkumulyatorlar vasitəsilə gün ərzində 2-3 dəfə enerji ilə doldurmaq lazım gəlir. Yeni “Wi-Charge” texnologiyası isə bütöv bir məkanı böyük simsiz enerjidoldurma qurğusuna çevirə bilir.

“Wi-Charge” istehsalçıları bu texnologiyanın hazırlanmasında müxtəlif həcmə malik batareyaların enerjini müxtəlif cür toplaması faktını nəzər alıblar. Buna görə texnologiyanın bir neçə variantı mövcuddur. “Light” texnologiyası iş yeri sahəsində mobil telefonların batareyalarının yenidən sürətli yüklənməsinə hesablanıb. “Kiik” adlı ikinci variant müxtəlif daşınan elektronikalar kimi kiçik enerji istehlakına malik qurğuların enerji təminatına yönəldilib. Sonuncu “Rayo” adlı ən güclü üsul isə 25 kvadratmetrədək sahədə mobil qurğuları, hətta planşetləri də enerji ilə doldurmaq imkanına malikdir.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, hazırda “Wi-Charge” texnologiyasının çatışmayan cəhətləri və insan orqanizminə təsirləri öyrənilir. Əgər bu sınaqların nəticəsi müsbət olarsa, yeni texnologiya ənənəvi enerjidoldurma qurğularından istifadəni məhdudlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.