DÜNYA


“Wi-Fi” şəbəkəsinə universal müdaxilə üsulu aşkar edilib

Bakı, 11 mart, AZƏRTAC

Belçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, “Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. “WPA-2” texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün “Key Reinstallation Attacks” (KRACK) proqramından istifadə edirlər. “Wi-Fi” vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.

“Google” və “Apple” kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri çıxarıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.