MƏDƏNİYYƏT


“Wiener Stadthalle” arenası “Eurovision-2015” mahnı müsabiqəsinin keçirilməsi üçün çox yaxşı seçimdir

Bakı, 14 avqust (AZƏRTAC). “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand və təşkilati məsələlər üzrə rəhbəri Sitse Bakker Vyanada müsabiqənin keçiriləcəyi “Wiener Stadthalle” arenasında olublar.

AZƏRTAC mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatçılar arenanın “Eurovision-2015” yarışmasının keçiriləcəyi məkan kimi çox yaxşı seçim olduğunu bildiriblər. Onlar bunu ərazinin nəqliyyatın intensiv hərəkəti baxımından əlverişli, eləcə də şəhərin mərkəzində yerləşən əksər otellərə yaxın olması ilə izah ediblər.

Diqqətə çatdırılıb ki, Vyana özünün böyük mədəniyyəti, incəsənəti və kulinariya inciləri ilə Avropanın iri mərkəzlərindən biridir. “Eurovision-2015” mahnı müsabiqəsi burada uğurla reallaşacaq.

Müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.