SİYASƏT
“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir
Daşkənd, 6 iyun, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 2016-cı ildə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası yaradılıb və getdikcə daha da zənginləşdirilir.
Mərkəzin direktoru Samir Abbasovun sözlərinə görə, ötən il aparılan araşdırmalar göstərdi ki, ensiklopediyanın özbəkdilli versiyasında Azərbaycanla bağlı materiallar çox azdır və olanlar da tam reallığı əks etdirmir. Ona görə də bu layihəyə start verdik. Bu günlərdə ensiklopediyada Qız Qalası və onun tarixi, Şəki şəhəri və Şəki xanlarının sarayı bölmələri istifadəyə verilib.
Xatırladırıq ki, bu ilin mart ayında “Wikipedia”da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xankəndi, Şuşa şəhərləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı adlı bölmələr yaradılıb, zəngin məlumat və şəkillərlə zənginləşdirilib.
Materialları özbək dilinə şair və tərcüməçi Usman Kuçkar, jurnalist Rüstəm Cabbarov və tərcüməçi Şəhla Qasımova tərcümə edirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd