MƏDƏNİYYƏT


“Winners” jurnalı Qəbələ rayonundakı istirahət mərkəzindən yazıb

Paris, 9 aprel, AZƏRTAC

Fransada nəşr olunan “Winners” jurnalında Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel” oteli haqqında məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, məlumatda Qəbələnin təbiətindən, “Chenot Palace Health Wellness Hotel” otelində göstərilən yüksək səviyyəli xidmətlərdən, otel işçilərinin peşəkarlığından yazılıb.

Qeyd edək ki, 2017-ci ildə Parisdə “Chateau de Ferrieres” qəsrində 15-ci “Prix Villegiature 2017” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimində “Chenot Palace Health Wellness Hotel” 6 otel arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyası üzrə qalib gələrək mükafatlandırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.