İQTİSADİYYAT
“Women in STEM” beynəlxalq vebinarında Azərbaycan da təmsil edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiya sahəsində Əməkdaşlığa dair Daimi Komitəsi (COMSTECH), İslam İnkişaf Bankı və ICESCO tərəfindən İƏT-ə üzv olan dövlətlərdə STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) tədris metodu ilə qadın təhsilinin təşviqi haqqında videokonfrans keçirilib.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan tərəfdən agentliyin dəstəyi ilə “Wing Azerbaijan” hərəkatının rəhbəri Vüsalə Kazımova iştirak edib. O, çıxışında Azərbaycanda mühəndislik ixtisaslarını seçənlərin 34 faizinin qadınların payına düşdüyünü qeyd edib.
Videokonfransda STEM və kompüter elmlərinə marağın artırılması istiqamətində görüləcək işlər haqqında geniş müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]