İQTİSADİYYAT
“Wood Mackenzie”: Hasilatın azaldılması neftin qiymətinin 70 dollar/barrelə yüksəlməsinə səbəb olacaq
Bakı, 11 dekabr, Nihad Budaqov, AZƏRTAC
Neft hasilatının azaldılması qiymətin 70 dollar/barrelə çıxmasına səbəb olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri OPEC və OPEC+ ölkələrinin neft istehsalını sutkada 1,2 milyon barrel azaltmasını şərh edərkən mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkətinin neft araşdırmaları bölməsinin sədr müavini Ann-Louise Hittle deyib.
O bildirib: “Xam neft istehsalının azaldılması gələn ilin üçüncü rübündə qlobal neft bazarını möhkəmləşdirərək “Brent” markalı neftin bir barrelinin qiymətinin 70 dollara yüksəlməsinə səbəb olacaq. OPEC üzrə ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı uzunmüddətli perspektivdə qlobal neft bazarını idarə etməyi, qiymətin sərt enməsinə və ya yüksəlməsinə maneə olmağa çalışır. Bununla da Səudiyyə Ərəbistanı qlobal tələbatını və sənayedəki neft tədarükünü qorumaq məqsədi güdür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]