ELM VƏ TƏHSİL


“WorldSkills Asia” təşkilatının Rəsmi Komitəsinin onlayn iclası keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

“WorldSkills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində Rəsmi Komitənin onlayn iclası keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 19 üzv dövlətin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən iclas zamanı iyul-avqust aylarında keçiriləcək növbəti dost yarışlarının formatı və ixtisas siyahısı təsdiqlənib. Həmçinin təşkilata yeni üzv olan Tailand Krallığı ratifikasiya edilib. Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək yarışların təşkilati məsələləri müzakirə olunub.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ildə “WorldSkills Asia” təşkilatına üzv seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.