DÜNYA


Worldometer: Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu ötüb

Bakı, 26 yanvar, AZƏRTAC

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 360 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda bütün dünyada koronavirusa 360 milyon 46 min yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 636 min nəfərə, sağalanların sayı isə 285 milyon 44 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların, eləcə də ölənlərin sayına görə dünyada liderlik edir. Bu ölkədə koronavirusa yoluxanların sayı 73 milyon 449 min nəfəri keçib, 894 min 880 nəfər həyatını itirib, 45 milyon 119 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 40 milyon 85 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 491 min 154 nəfər vəfat edib, sağalanların sayı 37 milyon 370 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 24 milyon 334 min nəfər virusa yoluxub, onlardan 623 min 901 nəfəri ölüb, 21 milyon 926 min nəfəri sağalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.