DÜNYA


Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 555 milyonu ötüb

Bakı, 5 iyul, AZƏRTAC

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 555 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 4-də bütün dünyada koronavirusa 481 min 414 yoluxma və 832 ölüm faktı qeydə alınıb. Hazırda yoluxanların ümumi sayı 555 milyon 321 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 362 min nəfərə, sağalanların sayı 530 milyon 88 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 89 milyon 567 mindən çox insan yoluxub, onlardan 1 milyon 43 min 372 nəfəri həyatını itirib

Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 43 milyon 532 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 525 min 242 nəfər vəfat edib. Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 32 milyon 536 min nəfər virusa yoluxub, onlardan 672 min 101 nəfəri virusun qurbanı olub.

Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 77-ci pillədə yer alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.