MƏDƏNİYYƏT


XALQ ARTİSTİ KÖVKƏB SƏFƏRƏLİYEVANIN XATİRƏSİ YAD EDİLMİŞDİR

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görkəmli pianoçu və pedaqoq, xalq artisti,əməkdar incəsənət xadimi, mərhum professor Kövkəb Səfərəliyevanın xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.

Məktəbin direktoru Nigar Əsgərova tədbiri açaraq Kövkəb Səfərəliyevanın çoxcəhətli pedaqoji və ictimai fəaliyyətindən danışmış, respublikamızda orta ixtisas musiqi məktəbinin yaranmasında onun xidmətlərini xüsusi vurğulamışdır.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, dosent Gülər Rzayeva, professor Tahir Atakişiyev və digərləri öz çıxışlarında görkəmli pedaqoqun özünəməxsus metodiki bacarığından, peşəkar musiqiçi kadrların hazırlanmasındakı müstəsna rolundan söhbət açmış, onunla bağlı xatirələrini söyləmişlər.

Mərasimdə Bakı Musiqi Akademiyası müəllimlərinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında dünya klassik musiqisindən və Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr səslənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.