MƏDƏNİYYƏT
XALQ ARTİSTİ TƏRANƏ MUXTAROVA VYANADAN QAYITMIŞDIR
Avstriya-Azərbaycan Cəmiyyətinin sədri, “Səyyah” rəqs ansamblının bədii rəhbəri, xalq artisti Təranə Muxtarova bu ölkənin paytaxtı Vyanadan - Qazaxıstan, Azərbaycan nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransdan qayıtmışdır.
Təranə Muxtarova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfransda bu il fevralın 11-də Qazaxıstanın paytaxtında kor uşaqlar üçün xeyriyyə konserti vermək qərara alınmışdır.
Tədbirdən sonra görkəmli rəqqasə Vyanada fəaliyyət göstərən Şərq rəqsləri məktəbində ustad dərsləri keçmiş, şagirdlərə öz obrazlılığı, təbiiliyi və rəngarəngliyi ilə seçilən Azərbaycan milli rəqslərinin tarixi, quruluşu, incəlikləri barədə məlumat vermişdir.
Təranə Muxtarova qeyd emişdir ki, o, hazırda Qazaxıstanda keçiriləcək xeyriyyə konsertinə hazırlaşır.