MƏDƏNİYYƏT
XALQ RƏSSAMI HÜSEYN ƏLİYEVİN ƏSƏRLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
Doğma Vətənin füsunkar təbiəti, Azərbaycan torpağının gücü Hüseyn Əliyev yaradıcılığının ilham mənbəyi olmuşdur. Bu, onun yaratdığı sevinc çiçəklərindən hörülmüş çələngi xatırladan akvarel peyzajları, tablo və portretlərindən açıq-aydın görünür.
İndiki sərgidə rəssamın rəngkarlıq janrında 20-ə yaxın əsəri nümayiş etdirilir.
Pəssamlar İttifaqının katibi Səlhab Məmmədov, mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov, xalq rəssamı Kamil Əliyev və başqaları mərasimdə çıxış edərək, rəssamın yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən ətraflı söz açmışlar. Xüsusi vurğulanmışdır ki, Hüseyn Əliyev yeganə rəssamdır ki, 1973–1975 ci illər arasında ancaq Göygölün və Kəpəz dağının 25 görüntüsünü yaratmışdır. Təssüf ki, onlardan hələlik yalnız 13-ü bizə gəlib çatmışdır. Bunlar Göygölə həsr olunmuş tablolardır.
Tamaşaçıların maraqla qarşıladıqları sərgi iyunun 16-dək davam edəcəkdir.