MƏDƏNİYYƏT


XALQ ŞAİRİNİN 80 İLLİYİ QEYD OLUNMUŞDUR

AZƏRTAC-ın müxbiri bildirir ki, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda xalq şairi Əli Tudənin 80 illiyinə həsr olunmuş yığıncaq keçirilmişdir.

Yığıncaq iştirakçıları əvvəlcə klubun zalında şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.

Birliyin katibi, xalq şairi Fikrət Qoca tədbiri açaraq Əli Tudə yaradıcılığının mövzu cəhətdən çoxşaxəliliyindən, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışmışdır. Sonra xalq şairləri Qabil və Söhrab Tahir çıxış etmişlər.

Birliyin sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anar çıxış edərək bildirmişdir ki, 2005-2008-ci illərdə Azərbaycan ədəbiyyatının latın qrafikası ilə çap ediləcək kitabları siyahısına Əli Tudənin də əsərləri daxil edilmişdir.

Şairin dostları və müasirləri bütöv Azərbaycanın simvolu Əli Tudənin iki həyat yaşadığını, Təbriz inqilabının həmişə önündə getdiyini, onun yaradıcılığında Vətən həsrətinin qırmızı xətt təşkil etdiyini xüsusi vurğulamışlar.

Qeyd edilmişdir ki, 36 kitabın, 55 poemanın müəllifi olan xalq şairi həm də çox gözəl nasir idi.

Orta məktəb şagirdlərinin ifasında şairin şerlərindən parçalar səsləndirilmişdir.

Müxtəlif vaxtlarda şairin öz səsi ilə kassetə köçürülmüş şerləri də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Axırda Natiq Tudə atasının xatirəsini yad etdiklərinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.