MƏDƏNİYYƏT
XALQ ŞAİRİ CABİR NOVRUZUN XATİRƏSİ ANILACAQDIR
Martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq şairi Cabir Novruzun xatirə gecəsi keçiriləcəkdir.
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə şairin qələm dostları, tanınmış ziyalılar, sənət adamları iştirak edəcək, görkəmli söz ustasının yüksək mənəviyyata səsləyən yaradıcılığından, dilinin bədii gözəlliyi və rəngarəngliyi ilə səciyyələnən poeziyasından söhbət açacaq, xatirələrini söyləyəcəklər.
Eyni zamanda, şairin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunacaq, incəsənət ustalarının ifasında Cabir Novruzun şerləri və sözlərinə bəstələnmiş mahnılar səslənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]