ELM VƏ TƏHSİL
XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Bəhlul Ağayev Prezident İlham Əliyevin “Süleyman Rüstəmin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Böyük şairin çoxşaxəli yaradıcılığından danışan natiq, onun unudulmaz xatirəsinin ürəklərdə daim yaşadığını bildirmişdir.
Sonra professor Abbas Hacıyevin “Süleyman Rüstəmin yaradıcılıq yolu”, filologiya elmləri doktoru Elman Quliyevin “Süleyman Rüstəmin cənub şeirləri” mövzularında məruzələri dinlənilmişdir.
Çıxış edənlər qüdrətli qələm sahibi Süleyman Rüstəmin ədəbiyyatımızın inkişafındakı əvəzsiz xidmətlərindən, əsərlərinin bədii məziyyətlərindən bəhs etmiş, onun alovlu vətənpərvər və insanpərvər şair olduğunu diqqətə çatdırmış, xatirələrini söyləmişlər.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.