Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

XANLARDA ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi Xanlar rayonunda zona seminar-müşavirəsi keçirmişdir.

Xanlar, Yevlax, Samux, Daşkəsən və Goranboy rayonlarının fermer təsərrüfatlarının və “aqrolizinq” rəhbərlərinin, rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, elmi-tədqiqat institutları və elmi idarə rəhbərlərinin iştirakı ilə keçirilən seminar-müşavirəni Xanlar Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov açaraq, tədbirin əhəmiyyətindən və ölkədə aqrar sektorun inkişafı istiqamətində aparılan islahatların səmərəsindən danışmış və Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğını qeyd etmişdir.

Sonra kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış etmişdir. Nazir müavini əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların bu gün daha yüksək templə aparıldığını vurğulamışdır. Hələ birinci dəfə hakimiyyətdə olduğu illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı naminə böyük işlər görən ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışan natiq demişdir ki, bu gün Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ön cərgədə gedən Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz dahi rəhbərin adı və fəaliyyəti ilə bağlıdır.

Kənd təsərrüfatı nazirinin müavini demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahənin inkişafına xüsusi diqqət yetirməsi, kəndli-fermer təsərrüfatlarına dövlət tərəfindən tez-tez maliyyə yardımlarının edilməsi ölkədə ərzaq bolluğuna zəmin yaratmış, insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Bu yaxınlarda ölkə başçısının Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin qərarı əsasında toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə təsərrüfatlara dövlət büdcəsindən subsidiyanın verilməsi də bu qayğının bariz nümunəsidir.

Kənd təsərrüfatı məhsulları bolluğu, xüsusilə də etibarlı taxıl ehtiyatının yaradılması üçün aparılan məqsədyönlü tədbirlərdən danışan Aslan Aslanov demişdir ki, hazırda respublikada istənilən qədər taxıl ehtiyatı vardır. Lakin bu gün əsas diqqət gələcək üçün möhkəm taxıl bazasının yaradılmasına yönəldilməlidir ki, bunun da əsası yüksək reproduksiyalı toxumun əldə edilməsindən başlayır. Məhz buna görə də ölkə başçısı keyfiyyətli toxum yetişdirmək üçün hər bir fermerə güzəştlər müəyyənləşdirmişdir. Natiq Nazirlər Kabinetinin müvafiq qərarına aydınlıq gətirərək demişdir ki, həmin qərara əsasən 1-ci reproduksiyalı toxumun hər tonu üçün 100 manat, 2-ci reproduksiyalı toxumun hər tonuna isə 70 manat əlavə vəsait veriləcəkdir. Bundan əlavə, tinglik və bostan toxumçuluğunun inkişafı üçün də güzəştlər müəyyənləşdirilmişdir.

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov seminar-müşavirədə iştirakçıları maraqlandıran məsələlərə də aydınlıq gətirmişdir. Xüsusilə sənədləşmənin vaxtında və düzgün aparılmasının vacibliyini diqqətə çatdıraraq hər bir fermer təsərrüfatı rəhbərinin bu işdə operativliyinin səmərə verəcəyinə əminlik ifadə etmişdir. Bildirmişdir ki, aparılan monitorinqlər nəticəsində bəzi fermerlərin yüksək reproduksiyalı toxum yetişdirməsi, lakin sənədləşdirməni vaxtında aparmadığına görə dövlətin ayırdığı güzəştlərdən yararlana bilməməsi məlum olmuşdur. A.Aslanov demişdir ki, məhz buna görə də Ərazi kənd təsərrüfatı idarəsi bu işdə fermerlərə lazımi kömək göstərməli, onların güzəştlərdən yararlanmasına yardım etməlidir.

Seminar-müşavirədə Ərazi kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Abbasov Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətində görülən işlərdən danışmış, Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ekspert şurasına çıxarılan sənədlərin şəhadətnamə alması üçün müəyyənləşdirilmiş prosedurları müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.

Seminar-müşavirədə Samux, Goranboy, Daşkəsən rayonlarının və Yevlax şəhər icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri çıxış edərək, təmsil etdikləri bölgədə toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün görüləcək işlərdən danışmışlar.

Respublika kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov müşavirəyə yekun vurmuşdur.

Seminar-müşavirənin sonunda uzun illər respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində səmərəli fəaliyyət göstərmiş Rəhim Abbasova 75 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb