SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Ünal Çeviközü qəbul etmişdir.
Görüş zamanı Vilayət Quliyev və Ünal Çeviköz İslam Konfransı Təşkilatı ilə Avropa İttifaqının birgə təşkil etdiyi və bu il fevralın 12-də İstanbulda keçiriləcək forum və orada müzakirə olunacaq bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Sonra səfirin xahişi ilə nazir Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri haqqında məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.