SİYASƏT


XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR

Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev erməni separatçı rejimi tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri” ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinə məktub ünvanlamışdır.

Bununla əlaqədar olaraq, Səudiyyə Ərəbistanı Krallığının hökuməti adından Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyevin ünvanına cavab məktubu göndərilmişdir. Məktubda Səudiyyə Ərəbistanı Krallığının hökuməti tərəfindən həmişə olduğu kimi yenə də qardaş Azərbaycan Respublikasının Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin dəstəkləndiyi, onun ərazi bütövlüyünün müdafiə edildiyi qeyd olunmuş və suverenliyinin tezliklə bütün ərazisi üzərində bərpa olunacağına inam ifadə edilmişdir. Məktubda daha sonra Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni separatçı rejimi tərəfindən “prezident seçkilərinin” keçirilməsinin heç bir hüquqi əsası olmadığı qeyd edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.